27 Fevral 10:35
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərb qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü istisna deyil.

Teleqraf.com xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

"Hər şey azad şəkildə müzakirə olundu. Quru qoşunlarının rəsmi yerləşdirilməsi ilə bağlı konsensus yoxdur, amma zaman keçdikcə heç nəyi istisna etmək olmaz. Qərb ölkələri Rusiyanın müharibədə üstünlüyü əldə edə bilməməsi üçün lazım olan hər şeyi etməkdə qərarlıdır. Məqsədimizə çatmaq faydalı olarsa, hər şey mümkündür", - Makron bildirib.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər