27 Fevral 13:33
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Ukraynaya qoşun yeritməsi onu müharibənin iştirakçısına çevirəcək.

Teleqraf.com xəbər verir ki, bunu "İtaətsiz Fransa" Hərəkatının (LFI) lideri Jan-Lük Melenşon deyib.

"Ukraynaya qoşun göndərmək bizi müharibədə iştiraka vadar edəcək. Rusiyaya qarşı müharibə dəlilik olardı. Bir nüvə dövlətinin digər böyük nüvə dövlətinə qarşı belə döyüşkən ritorikası məsuliyyətsizlikdir", - Melenşon bildirib.

Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl bəzi Qərb dövlətlərinin gələcəkdə Ukraynaya hərbi qüvvə göndərəcəyini istisna etmədiyini açıqlayıb. Onun sözlərinə görə, bu, proseslərin gedişindən asılıdır.


Müəllif: Əsəd Məmmədəliyev