26 Yanvar 2015 13:47
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın şərqində Benqazi şəhərinin mərkəzində yerli qüvvələrlə “Ensaruş İordaniya” təşkilatı döyüşçüləri arasında qarşıdurma yaşanıb.

Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 16 nəfərin öldüyü, 45-nin isə yaralandığı bildirilib. Ölənlər arasında dinc əhalinin üstünlük təşkil etdiyi açıqlanıb.

Rəsmilər hücumla bağlı bölgədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyini qeyd ediblər.

Samir


Müəllif:

Oxşar xəbərlər