İsrail Hərbi Hava Qüvvələri Livanda "Hizbullah"ın hədəflərinə zərbələr endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün səhər Livandan İsrailin şimalında Meron dağı bölgəsinə 35 raket və mərmi buraxılıb. İsrail Müdafiə Qüvvələri cavab olaraq "Hizbullah"ın Hanniya, Cibçit, Baysariya və Mənsuri bölgələrindəki hədəflərinə zərbələr endirib.
Həmçinin, qeyd olunub ki, İsrail ordusunun artilleriyası Yaruna bölgəsinə təhdidin aradan qaldırılması üçün zərbələr endirib.