28 Fevral 00:19
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada ticarət mərkəzinin uçması nəticəsində ən azı 6 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi xəbər verib.

Məlumata görə, tikilməkdə olan bina Onitşa şəhərində uçub.

Nigeriya Fövqəladə Halların İdarə Olunması Agentliyindən bildiriblər ki, hadisə yerində dağıntılar təmizlənir. Xilasedicilər beton konstruksiyaların dağıntıları altında qalanları axtarır. Hadisə nəticəsində xəsarət alanlar xəstəxanaya yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər