28 Fevral 12:42
5 720
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Baş naziri Pedro Sançesin “Kataloniya müstəqillik hərəkatı”nı dayandırmaq cəhdlərinə baxmayaraq, son məqsədimiz hələ də hakim Sosialist Partiyasından “öz müqəddəratını təyinetmə referendumu”nun keçirilməsinə icazə almaqdır.

Teleqraf.com xəbər verir ki, bunu İspaniyanın Kataloniya Muxtar Respublikasının prezidenti Pere Araqones deyib.

“Əvvəllər bizə bildirirdilər ki, amnistiya (Kataloniyanın separatçı liderləri üçün – red.) mümkün deyil, amma indi mümkündür. İndi bizə söyləyirlər ki, referendum mümkün deyil. Biz bu məqsəd üçün siyasi və seçici gücümüzdən istifadə edəcəyik, son nəticədə bunu mümkün edəcəyik”, - Araqones vurğulayıb.

Onun sözlərinə görə, sosialistlərlə danışıqlar dalana dirənsə, koalision hökumət üçün səsləri lazım olan partiyasının 7 deputatından danışıqların irəliləməsi üçün stimul kimi istifadə etməyə hazırdır.

Araqones qeyd edib ki, amnistiya qanunu Madridlə dialoqun yenidən başlaması üçün yalnız ilk addımdır ki, danışıqların ikinci mərhələsinin önü açılsın.

Katalonların lideri həmçinin bildirib ki, irəliyə doğru yol İspaniya hökuməti ilə siyasi danışıqlardır, bu münaqişənin həlli də sonda Kataloniya vətəndaşlarının səsverməsinin nəticəsi olacaq.

Ötən illərdə Kataloniyada İspaniyadan ayrılmaq üçün “müstəqillik referendumu” keçirilməyə cəhd edilsə də, bu, baş tutmayıb. Sepaartçı cəhdin liderləri həbs olunub, uzun müddətdir mərkəzi hökumətin onları əfv edəcəyi barədə yerli mediada məlumat dolaşır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər