28 Fevral 14:28
963
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi “Hizbullah” terror təşkilatının müharibəyə girməyə qərar verdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Livana doğru hərəkət mesajı verən Baş Qərargah rəisi ağır bədəl ödəyəcəkləri xəbərdarlığını edib.

Halevi Hizbullahın ölkənin şimalında Livan sərhədində hücum təşkil etdiyi bölgəyə səfəri zamanı Şimal Komandiri general-mayor Ori Qordinlə görüşüb.

“Burada (Livanla sərhəddə - red.) yerləşdirilmiş qüvvələr düşməni müşahidə edir və hücuma keçir. Yəni “Hizbullah” müharibəyə qatılmaq qərarına gəlib, bu isə o deməkdir ki, bunun müqabilində ağır bədəl ödəməlidirlər”, - Baş Qərargah rəisi vurğulayıb.

Onun sözlərinə görə, Livanla sərhəddə kəşfiyyat məlumatlarının toplanması intensivləşdirilməlidir:

“İlk növbədə düşməni ciddi qəbul edib burada güclü maneə yaratmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər