İsrail ordusu Livanın cənubunda “Hizbullah” terror təşkilatının obyektlərinə hava zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, qırıcı təyyarələrin vurduğu hədəflər arasında “Hizbullah”a məxsus silah anbarı və Ramyedə bu terror qruplaşmasının istifadə etdiyi digər obyektlər də olub.
İsrail ordusu gecə saatlarında “Hizbullah”ın Xirbet Selmdəki silah istehsal edən zavodunu da vurmuşdu.