Rusiya Liberal-Demokrat Partiyasının mərhum lideri Vladimir Jirinovskinin Moldova (separatçı Dnestryanı bölgəsi) ilə bağlı proqnozu üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, siyasətçi Rusiyanın bütün Moldovanı ələ keçirəcəyini iddia edir.
Jirinovski bildirir ki, Qərbin regionda vəziyyəti gərginləşdirmək cəhdinə Rusiyadan sərt cavab veriləcək:
“Cavabımız sərt olacaq. Onlara əvvəldən demək lazımdır ki, qan içində olacaqsınız, (qaçmaq üçün) Kişinyov hava limanına çatmayacaqsınız. Heç kim sizi qorumayacaq. Hamınızı alacağıq”.
Dnestryanıdakı separatçı rejim artıq Moldova hökumətinin “iqtisadi blokada”sı ilə əlaqədar Rusiyaya müraciət edib. Separatçıların müraciətində deyilir ki, mövcud kritik vəziyyət təcili “beynəlxalq müdaxilə” tələb edir.