29 Fevral 14:10
3 819
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan bir imperiyanın (Rusiya) yanında yaşamağın nə demək olduğunu bilir, buna görə də həmişə ona qarşı olacağıq.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Demək olar ki, Ukrayna ilə bizim tariximiz paraleldir: XIX əsr Rus İmperiyası, XX əsr Sovet Rusiyası, işğallar olub, bütün bunları birlikdə keçirmişik. Deməli, eyni yoldayıq, bilirik ki, yeganə perspektivimiz Avropa Birliyinə daha yaxın olmaqdır, bu, Ukrayna ilə tutacağımız yoldur. Moldova ilə birlikdə assosiasiyalı üçlük idik, Ukraynadakı müharibə bu yolu sürətləndirdi və ölkələrimizə namizəd statusu verildi”, - prezident bildirib.

Zurabişvili qeyd edib ki, Gürcüstanda parlament seçkiləri ərəfəsində Moskvanın səsvermə prosesinə müdaxilə edərək hibrid müharibəyə başlayacağı qorxusu var.

Onun sözlərinə görə, Rusiyadan ölkəsinə ciddi təzyiqlər var: kiberhücumlar, iqtisadi təzyiqdən mümkün istifadə, təbliğat, kənardan qrupların maliyyələşdirilməsi:

“Ərazilərimiz işğal olunub, ona görə də belə bir cəmiyyət üçün rusiyayönlü qruplar və partiyaların mövcudluğunu təsəvvür etmək çətindir. Rusiyayönlü qruplar var ki, bu barədə açıq danışmırlar, öz anti-Qərb partiyalarını maliyyələşdirirlər. Gürcüstanda başqa yerlərdə gördüklərimizi görürük, əminəm ki, bu il daha çoxunu görəcəyik, ona görə də çox diqqətli olmalıyıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər