29 Fevral 16:58
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbin fəaliyyətləri nüvə silahından istifadə ilə münaqişə, bunun nəticəsində sivilizasiyanın məhvi təhdidlərini yaradır.

Teleqraf.com xəbər verir ki, Rusiya lideri Vladimir Putin bu sözləri Federal Məclisdə çıxışı zamanı deyib.

“Onların (Qərbin) ərazisindəki hədəfləri vura bilən silahlar var. Bütün bunlar nüvə silahının istifadəsi ilə münaqişə və sivilizasiyanın məhvi təhdidini yaradır”, - Putin vurğulayıb.

Rusiya prezidenti bundan əvvəl bildirmişdi ki, ölkənin təhlükəsizliyinə təhlükə yaranarsa, nüvə silahından istifadə edə bilərlər, amma Moskvanın hələlik belə bir ehtiyacı yoxdur. Onun sözlərinə görə, Rusiyanın daha çox nüvə silahına malik olduğunu nəzərə alaraq, Qərb bunları azaltmaqda israrlıdır, amma buna nail olmayacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər