4 Mart 20:42
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Donetsk və Luqansk bölgələrini tamamilə işğal etmək məqsədini davam etdirəcək.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert, polkovnik Petro Çernik deyib.

“Düşmən bu strateji qərarı ötən il oktyabrın 7-də verib. Bu, Putin üçün çox vacibdir, çünki gələn həftə yenidən Rusiya prezidenti vəzifəsinə təyin olunacaq. Çox vacib bir ritualdır, uğur lazımdır. Onların anlayışına görə, iki rayon və Kupyanın tam “azad olunduğunu” elan etmək çox vacibdir”, - ekspert bildirib.

Polkovnik vurğulayıb ki, xüsusən də indiki məqamda Kupyan ruslar üçün çox vacibdir, oradakı böyük dəmir yolu qovşağı strateji önəmə malikdir.


Müəllif: Mənsur Rəğbətoğlu