26 Yanvar 2015 19:53
2 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-un baş katibi Yens Stoltenberq Ukraynada Şimali Atlantika Alyansı legionunun vuruşması haqqında Rusiya prezidenti Vladimir Putinin iddialarını təkzib edib.

Teleqraf.com-un məlumatına görə, baş katib bildirib ki, bu barədə Rusiya liderinin söylədikləri cəfəngiyyatdır: “Ukraynada yalnız bir xarici ölkənin ordusu var. Bu, Rusiya qoşunlarıdır”.

O, bu haqda Ukrayna-NATO komissiyasının iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında açıqlama verib.

Stoltenberq xüsusi olaraq vurğulayıb ki, Rusiya canlı qüvvə və hərbi texnika vasitəsilə separatçıları açıq şəkildə dəstəkləyir: “Burada məhz Rusiyaya aid ən müxtəlif tipli silahlardan istifadə olunur”.

Nail Cəlil


Müəllif:

Oxşar xəbərlər