27 Yanvar 2015 22:02
1 818
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD terror qruplaşması girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu 24 saatdan sonra edam etmək niyyətində olduğunu elan edib.

Teleqraf.com-un “Frans Press”-ə istinadən verdiyi xəbərə görə, məlumata əsasən, edam İordaniyada həbsdə saxlanılan Səccidə ər Rişauyinin sutka ərzində azadlığa buraxılmayacağı təqdirdə baş tutacaq. Səccidə ər Rişauyi 2005-ci ildə Ammanda partlayış törətməkdə ittiham olunaraq həbs edilib.

Qeyd edək ki, İŞİD-in yaydığı video çarxda yaponiyalı girov Kendzi Qoto əlində silahlıların əsir götürdüyü iordaniyalı pilot Maaz Kəssasbehin şəklini tutub.

Bundan əvvəl İŞİD girov götürdüyü Yaponiya vətəndaşıXaruna Yukavanı edam edib.


Müəllif:

Oxşar xəbərlər