27 Yanvar 2015 22:25
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Parlament Assambleyasının sədri İlkka Kanerva Rusiyaya müraciət edərək Ukrayna ilə sərhədi bağlamağa çağırıb.

Teleqraf.com-un “İnterfaks”a istinadən məlumatına görə, bu barədə ATƏT-in rəsmi saytında dərc edilmiş məlumatda bildirir.

“Rusiya rəhbərliyi Ukraynada münaqişənin dinc yolla nizamlanmasının vacibliyi barədə bəyanatlar verib. İstənilən növ silahın və silahlıların Ukraynanın şərqinə axınının qarşısını almaq üçün mən Rusiyanı sərhədi bağlamağa çağırıram”, deyə İlkka Kanerva qeyd edib.

“Sərhəd bağlandıqda toqquşmalardan ziyan çəkmiş mülki əhaliyə humanitar yardımın çatdırılması yolları müəyyənləşdirilməlidir”, deyə Kanerva əlavə edib.


Müəllif:

Oxşar xəbərlər