18 Mart 22:47
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, alyans Rusiyanın Qara Dəniz Donanması qüvvələrinə zərər vurub.

Teleqraf.com xəbər verir ki, o, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra keçirilən brifinqdə deyib.

“Bizim dəstəyimizlə Ukrayna Qara dənizdəki Rusiya donanmasına zərər vurub”, - deyə o, bildirib.

Bununla yanaşı, Stoltenberq bəyan edib ki, Qara dənizin təhlükəsizliyi həm Gürcüstan, həm də alyansın özü üçün eyni dərəcədə vacibdir.


Müəllif: Teleqraf.com