18 Mart 23:23
330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi (AB) ilk dəfə olaraq İordan çayının qərb sahilində məskunlaşan israillilərə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, AB-yə üzv ölkələrin xarici işlər nazirləri Brüsseldə keçirilən görüşdə müvafiq plan barədə razılığa gəliblər.


Müəllif: Teleqraf.com