19 Mart 13:28
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin keçmiş prezidenti Barak Obama Böyük Britaniya baş nazirinin Londonun “Dauninq” küçəsindəki iqamətgahında görüntülənib.

Teleqraf.com xəbər verir ki, eks-prezident sonuncu dəfə 8 il əvvəl “Dauninq”də olub.

Obama 8 il əvvəl Breksitdən əvvəl Britaniyanın o zamankı baş naziri Devid Kemeronla görüşmüşdü. O, bu dəfə Britaniyanın hazırkı Baş naziri Rişi Sunakla qeyri-rəsmi görüş keçirib.

Britaniya mətbuatı Obamanın səfəri ilə bağlı hər şeyin çox gizli olduğunu və ABŞ-nin keçmiş prezidentinin indiyədək Sunakla tanış olmadığını yazıb.

Ehtimala görə, Obama məqsədi “insanları dünyanı dəyişmək üçün ruhlandırmağa, gücləndirməyə və əlaqələndirməyə kömək etmək” olan Obama Fondu üzərində işləmək üçün Londona gəlib.

Barak Obamanın London səfəri onun Belçikanın kral ailəsi ilə görüşündən sonra baş tutub.


Müəllif: Mənsur Rəğbətoğlu