19 Mart 16:50
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dövlət televiziyası “Russia Today”in erməni redaktoru Marqarita Simonyan Ukraynanı tam məhv etməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, o, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Belqorod vilayətində yaşayış evini vurması haqda danışarkən deyib.

Simonyan Ukrayna ilə danışıqların mümkün olmadığını bildirib.

“Terrorçularla necə danışıqlar aparmaq olar? Nə barədə? Yalnız tam məhv etmək”, - erməni jurnalist vurğulayıb.

Rusiya mediası vilayətin Nikolskoye kəndində şəxsi evə mərminin atılması nəticəsində 4 nəfərin öldüyünü yazır.


Müəllif: Mənsur Rəğbətoğlu