21 Mart 09:30
1 489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər tezdən Rusiya qüvvləri 44 günlük fasilədən sonra Kiyevə raket zərbələri endiriblər.

Teleqraf.com xəbər verir ki, Ukrayna paytaxtına TU-95MS strateji bombardmançı təyyarələrdən X-55/X-555/X-101 ballistik raketləri buraxılıb.

"Paytaxtda hava hücumu xəbərdarlığı demək olar ki, üç saat davam edib. Yaxın ərazilərdə kompleks manevrlərdən sonra raketlər eyni vaxtda müxtəlif istiqamətlərdən paytaxta atılıb", - Ukrayna mənbələri bildirib.

Məlumata görə, Kiyev və onun regionunda hava hücumundan müdafiə qüvvələri və vasitələri rusların 30-a yaxın raketini, o cümlədən ballistik raketlərini vurub.

Hücumlar nəticəsində ölən yoxdur, iki nəfər - 38 yaşlı kişi və 11 yaşlı qız xəsarət alıb.


Müəllif: Teleqraf.com