21 Mart 09:56
2 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun hazırkı əsas vəzifəsi Donetsk və Luqansk vilayətlərini tam ələ keçirməkdir. Amma bunu edə bilməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

“Əgər Luqanskın işğal olunmamış 4-5 faiz ərazisi qalırsa, bu, Donetskdə daha çoxdur, inzibati sərhədləri tam ələ keçirmək qeyri-real məsələdir. Bu vəzifə rus komandanlığı üçün həlledilməzdir. Hazırda Kremllə Müdafiə Nazirliyi arasında qızğın mübahisə gedir. Baş Qərargah rəisi Gerasimov təcili səfərbərliyə təkid edir. Tükənməz ehtiyat yoxdur, qüvvələr tükənir”, - ekspert bildirib.

Jdanovun sözlərinə görə, hər həftə Rusiya qoşunlarının irəliləmə sürəti zəifləyir:

“Hücum müddətinin bitdiyini söyləmək olar. Bərpa etməkçünsə nə güc, nə də vasitə var. Qoşunları başqa istiqamətlərə köçürməyə başlasalar, biz də təzyiqə, əks-hücuma başlayacağıq. Cəbhənin zəifləməsi onun dağılmasına səbəb ola bilər. Bu gün vəziyyət strateji cəhətdən balanslaşdırılıb: 50-nin 50-yədir”.

Ekspert qeyd edib ki, Ukrayna ordusu cəbhədə praktiki olaraq paritetə ​​nail olur:

“Rusiyanın hələ də bir az üstünlüyü var, hələ də üç istiqamətdə - Baxmut, Avdiv və Novopavlivskdə sıxışdırmağa çalışır. Bütün digər istiqamətlərdə statiklikdir”.


Müəllif: Mənsur Rəğbətoğlu