23 Mart 10:56
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusu Donetsk istiqamətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə raket zərbələri endirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Hücum nəticəsində Ukrayna Silahlı Qüvvələrinin istehkamları və silah-sursat anbarı məhv edilib. Hava kəşfiyyatı sayəsində Ukrayna ordusunun bir qrup piyada və ağır texnikasının, eləcə də çox sayda yük maşınının hərəkət koordinatlarını əldə etmək mümkün olub. Ukrayna ordusuna qarşı 36 km məsafədə döyüşlər gedir", - deyə məlumatda bildirilib.


Müəllif: Əsəd Məmmədəliyev