28 Aprel 20:27
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

VAZ-2107 markalı avtomobilin sürücüsü 21 yaşlı Nəbi Səhrab oğlu Nəbizadə həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı köşkə çırpılıb. Köşkün yanında dayanan 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com