26 Mart 16:29
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror aktını islamçı radikallar hazırlayıb və Ukrayna xüsusi xidmət orqanları onlara kömək edib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.

"Ümumiyyətlə, onların bu işdə əli olduğuna inanırıq. Biz hesab edirik ki, terror aktı həm radikal islamçıların özləri tərəfindən, həm də təbii ki, Qərbin xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və Ukrayna kəşfiyyat xidməti də bununla birbaşa bağlıdır”, - Bortnikov bildirib.


Müəllif: Teleqraf.com