26 Mart 19:25
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva yaxınlığındakı “Crocus City Hall”da terror aktını törədən terrorçular Belarus ərazisinə keçə bilməyiblər, Minsk öz ərazisində cinayətkarların ehtimal olunan hərəkət istiqamətini əngəlləyib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Onlar Belarusa gedə bilmədilər. Onların kuratorları - bəziləri ilə bağlı şübhələrimiz var, mən Putinə zəng edib şübhələrimi deyəcəm, - Belarusa gedə bilməyəcəklərini başa düşdülər. Çünki ilk dəqiqələrdə Rusiya gücləndirilmiş təhlükəsizlik rejiminə keçdi, bizdə də belə idi. İlk dəqiqələrdə Dövlət Təhlükəsizliyi Xidmətinin sədri mənə hesabat verdi. Biz bölmələrimizi hərəkətə keçirdik.

O cümlədən, Daxili İşlər Nazirliyinin qüvvələri yollara cəlb olundu, postlar quruldu, Dövlət Sərhəd Komitəsinin qüvvələri, bəzi hərbi hissələr prosesə cəlb edildi. Buna görə də Belarusa daxil ola bilmədilər. Bunu gördülər, ona görə də üz çevirib Ukrayna-Rusiya sərhədinə getdilər", - Lukaşenko bildirib.


Müəllif: Teleqraf.com