26 Mart 21:02
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hakimiyyəti Suriya ilə bağlı sanksiya siyahısına bir Rusiya vətəndaşı və şirkətini əlavə edib.

Bu barədə Teleqraf.com ABŞ Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, məhdudiyyətlər altı fiziki şəxsə, o cümlədən rusiyalı Aleksey Makarova, həmçinin 12 hüquqi şəxsə şamil olunacaq.

Onların arasında Rusiyanın “STG Logistic” şirkəti də var.

Xatırladaq ki, martın 25-də Amerika hakimiyyəti iki fiziki şəxs və 15 şirkəti Rusiyanın sanksiyalar siyahısına əlavə edib


Müəllif: Teleqraf.com