27 Mart 08:28
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın şərqində yerləşən Baltimor şəhərində körpünün uçması nəticəsində azı 6 nəfərin öldüyü güman edilir.

Teleqraf.com xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Məlumata görə, qəzadan bir nəfər sağ çıxıb.

Qeyd edək ki, ötən gün Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil metal konstruksiya ilə birlikdə suya düşüb. Merilend ştatının qubernatoru Ues Mur bölgədə fövqəladə vəziyyət elan edib.


Müəllif: Teleqraf.com