27 Mart 08:42
290
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ mülki əhalinin müdafiəsi planı olmadan İsrailin Rəfah əməliyyatına dəstək verməyəcək.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalantla görüşdə deyib.

“Lloyd Ostin israilli həmkarının diqqətinə çatdırıb ki, Vaşinqton hələ də İsrailin Qəzza zolağının cənubundakı Rəfah şəhərində fələstinli mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün lazımi plan olmadan genişmiqyaslı quru əməliyyatı keçirməsini dəstəkləmir”, - bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder yazılı açıqlamasında bildirib.

Rayder, həmçinin tərəflərin Qəzzaya humanitar yardım tədarükünün artırılması üçün dəniz dəhlizini də müzakirə etdiyini vurğulayıb. Bundan əlavə, Pentaqonun İsrail və Livan arasındakı sərhəddə gərginliyin həlli üçün diplomatik yolun tapılmasını dəstəklədiyini qeyd edib.


Müəllif: Teleqraf.com