27 Mart 22:39
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtı Moskvanın şimal-qərbində yerləşən “Şuka” ticarət mərkəzi bomba təhlükəsi ilə əlaqədar boşaldılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS-a Rusiya hüquq-mühafizə orqanlarından məlumat verilib.

“Şuka” ticarət mərkəzi partlayış təhlükəsi ilə əlaqədar boşaldılıb, insanlar mərkəzdən təxliyə edilib. Hadisə yerində polis və kinoloqlar işləyir”, - agentliyin həmsöhbəti bildirib.

Onun sözlərinə görə, yaxınlıqdakı ərazi də yoxlanılır və təhlükə barədə məlumat verən şəxsin kimliyi müəyyənləşdirilir.


Müəllif: Teleqraf.com