28 Mart 13:41
1 416
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya öz ərazisində terror aktı hazırladığını əvvəlcədən bilirdi.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-leytenant Kiril Budanov deyib.

"Ən azı fevralın 15-də Rusiyanın hazırlıqdan xəbəri vardı. Bu məlumat kəşfiyyat tərəfindən Suriyada əldə edilərək Moskvaya ötürülüb. Hər şeyin birdən-birə baş verdiyinə dair nağıl danışmağa ehtiyac yoxdur", - baş kəşfiyyatçı qeyd edib.

Onun sözlərinə görə, Moskva terrorçuların haradan gələcəyini, hansı iki ölkənin vasitəsilə Rusiya ərazisinə keçəcəyini əvvəldən bilirdi:

"Bəs niyə buna icazə verdilər? Bir neçə variant var. Birincisi, bu, ənənələrinə uyğun olaraq, bir neçə yüksək vəzifəli dövlət adamını vəzifədən uzaqlaşdırmaq üçün klanlararası mübarizə ilə əlaqəlidir. Başqa bir variant da odur ki, baş verəcək hadisələrin miqyasını həqiqətən düzgün hesablaya bilmirlər. Bunun daha lokal olacağını düşünürdülər və Ukraynanı günahlandırmaq istəyirdilər".

Budanov qeyd edib ki, Kreml artıq Moskva yaxınlığındakı "Crocus City Hall"da baş verənlərlə bağlı üç versiyanı dəyişərək, "Ukrayna izini" terror aktı ilə əlaqələndirməyə çalışır:

"Şəxsən məni ittiham edən Patruşev və Bortnikovdan müəyyən şərhlər gəldi ki, bütün bunları Ukrayna edib. Cəfəngiyatdır. Yeri gəlmişkən, bu ağrılı məsələyə toxunsaq, düşmən də olsa, dinc əhaliyə qarşı terror aktlarını prinsipcə bəyənmirəm".


Müəllif: Mənsur Rəğbətoğlu