29 Mart 18:47
408
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa İttifaqını (Aİ) və Şimali Atlantika Müqaviləsi İttifaqını (NATO) Ermənistanın real ehtiyacları qətiyyən maraqlandırmır, respublika üçün müstəsna olaraq Qərbin iradəsinin icraçısı rolu ayrılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyindən "Ermənistanın dostları" şəbəkəsinin NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi altında hazırlanmış Aİ-İrəvan münasibətlərinin dərinləşməsi haqqında məruzəsini şərh edərkən bildiriblər.

"Aİ və NATO-nu Ermənistanın real ehtiyacları qətiyyən maraqlandırmır. Bu, respublikanın Qərbə doğru dönməsinin Zaqafqaziyanı Qərbin ehtiyaclarına uyğun olaraq yenidən formatlaşdırmaq üçün "az məsrəfli" təşəbbüs olması ilə bağlı fikirdən açıq-aşkar görünür. Bu mühakimələrdə Ermənistan üçün müstəsna olaraq Brüssel və Vaşinqtonun tapşırıqlarının icraçısı rolu ayrılır", - deyə Rusiya XİN bildirib.


Müəllif: Teleqraf.com