1 Aprel 10:46
2 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Cümhur İttifaqı ilk dəfə bir seçkidə müxalifət və Cümhuriyyət Xalq Partiyasına (CHP) məğlub oldu.

Teleqraf.com xəbər verir ki, müxalif jurnalist Nevşin Mengü seçkidən sonra Prezident Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən şərh verib.

Onun sözlərinə görə, Türkiyə lideri ilk dəfə seçkidən sonra müttəfiqləri olmadan balkon çıxışı edib.

“Qalib gəldiyi seçkilərdə Ərdoğan həmişə yanındakı müttəfiqləri ilə balkon çıxışı edirdi. Aprelin 1-ə keçən gecə yalnız həyat yoldaşı Əminə Ərdoğanla birlikdə balkona çıxdı. Cümhur İttifaqı baxımından baş verən məğlubiyyətin məsuliyyətini öz üzərinə, çiyinlərinə götürdü. Etik baxımdan doğru olanı etdi. Hər seçkidə nə olur-olsun, partiyası və ittifaqı adından yarışan həmişə Ərdoğan oldu”, - Mengü deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər