1 Aprel 11:45
19 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müxalifəti martın 31-də bələdiyyə seçkilərində qalib gəldikdən sonra erkən prezident seçkilərinin keçirilməsini tələb edəcək.

Teleqraf.com xəbər verir ki, bunu türkiyəli analitik Engin Özər deyib.

Onun sözlərinə görə, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) uğursuzluğunun bir neçə ciddi səbəbi var, məsələn, yüksək inflyasiya (65%), pensiyaların az olması və sair kimi.

Ekspert qeyd edib ki, seçki kampaniyası zamanı çoxlu sayda nazirin partiyalarının namizədlərini dəstəkləyən mitinqlərə qatılması AKP-nin əleyhinə olub.

Özər əlavə edib ki, böyük ehtimalla 2025-ci ildə erkən prezident seçkiləri keçiriləcək.

Analitik iddia edir ki, bu posta namizədlərin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri olacağı ehtimal edilən Əkrəm İmamoğlu və ya AKP-nin sədri postuna gətirilən Səlcuq Bayraktarın olacağı gözlənilir.

Türkiyə qanunları ardıcıl iki müddətdən artıq vəzifə tutmağa icazə vermədiyi üçün hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan yenidən namizədliyini irəli sürə bilməyəcək.


Müəllif: Mənsur Rəğbətoğlu