İsraillə İran arasında gizli qarşıdurma açıq müharibəyə çevrilir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” (NYT) qəzetinin məqaləsində deyilir.
ABŞ nəşrinin yazdığına görə, İran və İsrail arasında Qəzza zolağında hərbi əməliyyatların başlamasından sonra dərinləşən gizli qarşıdurma getdikcə özünü açıq büruzə verir.
“İranın Dəməşqdəki konsulluğunun binasına raket hücumu həmin qarşıdurmanın ən böyük hücumlarından biridir. Bu, münaqişənin qızışması və açıq müharibəyə çevrilməsi deməkdir”, - təhlildə bildirilir.
İsrailin İran konsulluğuna hava zərbəsi nəticəsində SEPAH-ın 2 generalı, 5 diplomatı məhv edilib.