İsrailin İranın Suriyadakı konsulluğuna raket hücumu cavabsız qalmayacaq.
Teleqraf.com xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
“Sionist rejim dəfələrlə uğursuzluq və məğlubiyyətlərdən sonra kortəbii şəkildə terrordan istifadə edir, amma bilməlidir ki, bu cür qeyri-insani hərəkətləri ilə heç vaxt öz bədxah məqsədlərinə nail olmayacaq. Bu murdar cinayət cavabsız qalmayacaq”, - dövlət başçısı bildirib.