3 Aprel 10:42
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tayvanın şərq sahillərində baş verən zəlzələ nəticəsində 700-dən çox insan xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" ölkə hökumətinə istinadən məlumat yayıb.

Son məlumatlara görə, zəlzələdə azı 4 nəfər həlak olub

***

08:00

Aprelin 3-ü səhər saatlarında Tayvan sahillərində baş verən güclü zəlzələ nəticəsində azı dörd nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi adanın yanğından mühafizə xidmətinə istinadən bildirib.

Aprelin 3-də yerli vaxtla saat 07:58-də Hualyan qəzasında baş verən 7,2 bal gücündə zəlzələ bütün Tayvanda hiss olunub. Yerli seysmoloqların məlumatına görə, yeraltı təkanların episentri adanın şərq sahillərində, Hualyan şəhərindən 25 km cənub-şərqdə, ocağı 15,5 km dərinlikdə yerləşib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər