İsrail və ABŞ İranın Suriyadakı konsulluğuna hücuma cavab verəcəyi təqdirdə regional eskalasiyanın mümkünlüyü ilə bağlı məsləhətləşmə aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Walla” yazır.
“Tehranın yüksək rütbəli rəsmiləri bildiriblər ki, İsrail ABŞ-yə hücum edəcəyi təqdirdə İrana cavab verməyə məcbur olacağını açıqlayıb. ABŞ Prezidenti Co Bayden və İsrail Baş naziri Benyamin Netanyahu İrandan İsrailə qarşı təhdidləri müzakirə edib. Bayden ABŞ-nin bu təhdidlər qarşısında İsraili güclü şəkildə dəstəklədiyini vurğulayıb”, - nəşr bildirir.
Mənbənin fikrincə, Vaşinqton və Təl-Əviv İsrailin Suriyanın paytaxtı Dəməşqə endirdiyi zərbə zamanı SEPAH komandirinin ölümünə İranın cavab verəcəyi ehtimalından narahatdır. İsrailin yüksək rütbəli rəsmiləri deyirlər ki, Təl-Əvivin İranın öz ərazisindən uzaqmənzilli ballistik raketlər, PUA-lar və ya qanadlı raketlərlə İsrailə hücum edə biləcəyi barədə məlumatı var.
İranın heç vaxt öz ərazisindən birbaşa İsrailə hücum etməyəcəyi, bu məqsədlə daha çox terror təşkilatlarından istifadə edəcəyi vurğulanır. Nəşr hesab edir ki, birbaşa hücum görünməmiş durum və regional müharibəyə səbəb ola bilər.
Aprelin 3-də “Voxnews” İran 48 saat ərzində İsrailə hücum edəcəyini yazmışdı. Qeyd olunmuşdu ki, İran İsraildəki strateji yerlərə öz bazalarından dronlar və raketlərlə hücum edə bilər. Verilan vaxt bitib, İran hələ o addımı atmayıb.
Eyni zamanda “The Times of Israel” bildirir ki, İsrail ordusu İranın Suriyadakı missiyasına endirdiyi zərbəyə görə cavab veriləcəyi ehtimalı səbəbindən hərbi aviasiyanın ehtiyat hissələrini xidmətə çağırmağa başlayıb.