7 Aprel 08:34
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Slovakiya Milli Şurasının (parlamentinin) sədri, “Səs – Sosial Demokratiya” partiyasının lideri Peter Pelleqrini Slovakiya prezidenti seçilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.

Bülletenlərin 99,8%-nin hesablanmasının nəticələrinə əsasən, seçicilərin 53,18%-i Peter Pelleqrininin lehinə, 46,81%-i isə onun rəqibi - Slovakiya Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri, liberal müxalifətin nümayəndəsi İvan Korçoka səs verib.

Korçok seçkilərdə məğlub olduğunu etiraf edib və Pelleqrinini dövlət başçısı seçilməsi münasibətilə təbrik edib.

Xatırladaq ki, Pelleqrini Ukraynaya silah tədarükünün əleyhinədir. Seçkilərdən sonra o, ölkəsinin “sülhün tərəfində qalması” üçün hər şeyi edəcəyinə söz verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər