29 Yanvar 2015 12:30
2 138
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya nümayəndə heyətinin üzvü Avropa Şurası Parlament Assambleyasında gülünc vəziyyətə düşüb.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, AŞ PA-da səsvermə zamanı rusiyalı deputat səsvermə aparatının işləmədiyi barədə iradını bildirib. İclasa sədrlik edən şəxsin isə Rusiyanın səsvermə hüququnun əlindən alındığını bildirməsi zalda gülüşə səbəb olub: “Biz bunu bilərəkdən etmişik. Rusiya nümayəndə heyətinin səsvermə hüququ yoxdur”.

Qeyd edək ki, yanvarın 28-də Avropa Şurası Parlament Assambleyası qış sessiyasının iclası zamanı Rusiya nümayəndə heyətinin AŞPA-da səsvermə hüququndan aprel ayınadək məhrum edilməsi ilə bağlı qətnamə qəbul edilib. Qətnamənin lehinə 160 nəfər səs verib.

Samir


Müəllif:

Oxşar xəbərlər