ABŞ müdafiə naziri Lloyd Ostin Senatın Silahlı Qüvvələr Komitəsinin iclasında İsrailə silah yardımı haqda danışıb.
Teleqraf.com xəbər verir ki, nazir İsrailin hərbi əməliyyatlarını və bölgəyə göndərilən yardımlara mane olmasını soyqırımı cinayəti hesab etmədiyini deyib.
"ABŞ İsrailin təhlükəsizliyinə və HƏMAS, İran kimi digər təhdidlərə qarşı özünü müdafiə etmək hüququna önəm verir. Bu məsələdə çox qərarlıyıq. Bizim İsraillə uzunmüddətli müdafiə və təhlükəsizlik əməkdaşlığımız var. Bu, 7 oktyabr 2023-cü ildən indiyə kimi dəyişməyib. Hərbi yardımlar davam edəcək. Ostin İsrailin son ayda Qəzzada 30 mindən çox mülki şəxsi öldürməsi ilə bağlı sualara cavab olaraq bildirib ki, bizim soyqırımı cinayətinin işləndiyinə dair heç bir sübutumuz yoxdur" .
Qeyd edək ki, amerikalı nazir HƏMAS-ın 7 oktyabr hücumlarını "müharibə cinayəti" kimi qiymətləndirmişdi.