Belarus prezidenti Aleksandr Lukaşenko Moskvaya işgüzar səfərə gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.
Qeyd olunub ki, Lukaşenkonu ölkənin ilk qadın kosmonavtı Marina Vasilevskaya müşayiət edir.
O, aprelin 11-də Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq, ertəsi gün isə Kosmonavtika Günü ilə bağlı tədbirlərdə iştirak edəcək.
Bildirilib ki, iki ölkə liderləri danışıqlarda ən yüksək səviyyədə nəzərdən keçirilməsini tələb edən məsələlərə toxunacaqlar, regional və beynəlxalq vəziyyəti, çağırış və təhdidlərə cavab tədbirlərinin əlaqələndirilməsini müzakirə edəcəklər