11 Aprel 22:22
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın bərpası üçün təxminən 500 milyard dollara ehtiyac olacaq, ölkənin yenidən qurulmasının tempi isə ötən ilki 4,8 faizdən 3,2 faizə qədər azalacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Dünya Bankının proqnozunda bildirilib.

"Ukraynada yenidənqurma və bərpa xərcləri 486 milyard dollara yüksəldi", - deyə təşkilatdan bildirilib. Qeyd olunub ki, bu məbləğ 2021-ci ildə Ukrayna iqtisadiyyatının həcmindən demək olar ki, iki dəfə çoxdur.

Dünya Bankına görə, bərpa tempi zəif məhsul və işçi qüvvəsi çatışmazlığı səbəbindən yavaşlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər