13 Aprel 17:48
1 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Yaxın Şərqdə və digər bölgələrdə terrorçuları maliyyələşdirir, onları silahlandırır.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin açıqlamasında bildirilib.

"İran dünyada terrorun ən böyük sponsorudur. Onun terror şəbəkəsi təkcə İsrail, Qəzza, Livan və Suriya xalqını təhdid etmir. İrandakı rejim Ukraynada və onun hüdudlarından kənarda müharibəni qızışdırır. Bundan sonrakı gərginliyə görə İran məsuliyyət daşıyacaq. İsrail ordusu istənilən ssenariyə hazırdır və müttəfiqlərimizlə birlikdə İsrail xalqını qorumaq üçün lazımi addımları atacağıq", - deyə məlumatda qeyd olunub.


Müəllif: Əsəd Məmmədəliyev