Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla telefon danışığı aparıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda deyilir.
"Əsas diqqət Yaxın Şərqdəki vəziyyətə yönəldilib", - bəyanatda deyilir.
Qeyd olunur ki, Rusiya tərəfi İsrailin aprelin 1-də İranın Dəməşqdəki konsulluğuna endirdiyi hava zərbəsini kəskin şəkildə pisləyib. Rusiya Federasiyası vurğulayıb ki, toxunulmazlığı Vyana Konvensiyaları ilə təmin edilən diplomatik obyektlərə edilən istənilən hücum qəti şəkildə qəbuledilməzdir.
Nazirlər həmçinin beynəlxalq və regional gündəlikdəki cari məsələlər üzrə yüksək səviyyədə koordinasiyanın qorunub saxlanmasını vurğulayıblar.