14 Aprel 17:18
2 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgədə gərginliyin azalmasını istəyirik.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İran XİN rəhbəri Hüseyn Əmir Abdullahiyan ilə telefon danışığı zamanı qeyd edib.

Abdullahiyan İranın İsrailə qarşı cavab əməliyyatının sona çatdığını və hücuma məruz qalmadığı təqdirdə ölkənin başqa bir addım atmayacağını bildirib.

***

16.31

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian türkiyəli həmkarı Hakan Fidan ilə telefonla danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə XİN-ə yaxın mənbə məlumat yaylb.

İran XİN başçısı deyib ki, Tehran İsrailə qarşı yeni əməliyyatlar planlaşdırmır:

"İsrailə qarşı əməliyyat başa çatıb və İrana hücum olunmayınca yeni əməliyyata başlamayacaq. İran yenidən hücuma məruz qalsa, daha sərt cavab verəcək", - mənbə bildirib.

Qeyd edək ki, İran aprelin 14-də İsrailə qarşı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı İsrailə onlarla PUA və raket zərbələri endirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər