Yeddilik Qrupu (G7) ölkələri İranın İsrailə hücumunu pisləyib və tərəfləri təmkinli olmağa çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel G7-nin iclasının yekunlarına dair açıqlama verib.
“G7 ölkələrinin liderləri ilə birlikdə biz yekdilliklə İranın İsrailə misli görünməmiş hücumunu pislədik. Bütün tərəflər təmkinli davranmalıdır”, – Mişel sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, G7 gərginliyi azaltmaq üçün bütün səyləri davam etdirəcək:
“Qəzza zolağında böhrana mümkün qədər tez son qoyulması – xüsusən də dərhal atəşkəs yolu ilə – fərq yaradacaq”, – o qeyd edib.
“Yaxın Şərqdəki vəziyyət, o cümlədən Livan gələn həftə Avropa Şurasında müzakirə olunacaq”, – Mişel əlavə edib.