İsrailin İranın hücumuna cavab vermək hüququ var, amma Böyük Britaniya onu Yaxın Şərqdə vəziyyəti gərginləşdirəcək addımlar atmamağa çağırır.
Teleqraf.com xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Devid Kemeron deyib.
“Ümid edirik ki, qisas olmayacaq, amma bunun əvəzində dünyanın diqqəti HƏMAS-da olmalıdır, onlar hələ də girov saxlayırlar”, - krallığın baş diplomatı bildirib.
Kemeron İsraili soyuqqanlı olmağa çağırıb:
“İndi təkcə ürəklə yox, həm də başla düşünmək, rasional və soyuqqanlı olmaq vaxtıdır”.