29 Yanvar 2015 21:33
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa höküməti Yaxın Şərqdə silahlı dəstələrə qoşulmaq barədə düşünən gəncləri fikirlərindən daşındırmaq üçün internetdə video çarx yerləşdirib.

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, 2 dəqiqə davam edən videoda edam səhnələri də daxil olmaqla münaqişənin ən dəhşətli anları əks etdirilib.

Bu video son dövrlərdə cihadçıların sıralarına gənclərin internet vasitəsilə cəlb olunmasının qarşısını almaq istiqamətində Fransa tərəfindən görülən səylərin tərkib hissəsidir.

Suriya və İraqda fəaliyyət göstərən ekstremist qruplarına qoşulan və ya bu barədə düşünən Fransa vətəndaşlarının sayı 1000-dən çoxdur.

Videonun internetdə yerləşdirilməsi Parisdə yerli cihadçıların həyata keçirdiyi və 17 nəfərin ölümüilə nəticələnmiş hücumlardan 3 həftə sonraya təsadüf edib.

Samir


Müəllif:

Oxşar xəbərlər