29 Yanvar 2015 22:05
834
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksikada uşaq xəstəxanası yaxınlığında baş vermiş partlayış nəticəsində 7 nəfər ölüb.

Teleqraf.com-un CNN telekanalına istinadən verdiyi xəbərə görə, ölənlərdən dördü uşaqdır. Bir neçə nəfərin hələ də dağıntılar altında qaldığı istisna olunmur.

Məlumata görə, təbii qazla dolu sisternli yük maşını xəstəxananın yaxınlığından keçərkən güclü partlayış baş verib.

Bundan əvvəl partlayış nəticəsində 54 nəfəri yaralandığı bildirilirdi.


Müəllif:

Oxşar xəbərlər