17 Aprel 11:33
1 014
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ordusunun Çasiv Yardakı uğurları Donetsk vilayətində qalan şəhərlərin təhlükəsizliyini təhlükə altına atacaq.

Teleqraf.com xəbər verir ki, bunu “Politico”ya yüksək vəzifəli ukraynalı rəsmi deyib.

“Əgər ruslar bu şəhəri tuta bilsələr, Kostiantinivka, Drujkivka, Kramatorsk və Slavyanska hücuma keçmək imkanı əldə edəcəklər. Bu şəhərlər Donetsk vilayətinin Ukraynanın nəzarətində olan hissəsinin sonuncu qalalarıdır”, - Ukrayna ordusunun polkovniki Nazar Voloşin deyib.

Çasiv Yar Baxmutdan 10 kilometr aralıda yerləşən strateji əhəmiyyətli şəhərdir. Şəhər yüksəklikdə yerləşir, müdafiə və ətrafa nəzarət üçün əlverişlidir. Hazırda Çasiv Yar Ukrayna qüvvələrinin nəzarəti altındadır, amma Rusiya qoşunları hücumu dayandırmır.

“Bu, bölgədə dominant hündürlükdür, ələ keçirə bilsələr, bura ruslara Kostiantinivka və Slavyansk və Kramatorsk istiqamətlərində irəliləməni ciddi şəkildə asanlaşdırmağa imkan verəcək”, - Voloşin bildirib.

Nəşr yazır ki, Kreml öz qoşunlarına mayın 9-dək Çasiv Yarı tutmağı əmr etdi. Ukraynalı zabit qeyd edib ki, Rusiyanın cəbhədə böyük qələbəyə çox ehtiyacı var.

Rusiya qüvvələri say üstünlüyündən istifadə edərək artilleriya və aviasiya tərəfindən dəstəklənən kiçik qruplar halında hücumlar təşkil edir, kritik infrastrukturu bombalar və artilleriya ilə vururlar. Yaxınlarda Rusiya qoşunlarını yaxınlıqdakı Limandan Çasiv Yar istiqamətində yerləşdirilib.

Rusların Çasiv Yardan cəmi 500 metr aralıda olduğu bildirilir. Bununla belə, Voloşin vurğulayıb ki, şəhər və ətrafı hələ də Ukrayna ordusunun nəzarəti altındadır.


Müəllif: Mənsur Rəğbətoğlu